Çin ölümcül təhlükəni 6 gün gizlədib İDDİA

16 Aprel, 2020 14:16 | Siyasət | Baxış sayı: 108
Çin lideri
Çin lideri

Bu vaxt ərzində koronavirus minlərlə insana yoluxub

Dünyaya koronavirusun yayılmasına səbəb olan Çin vaxtında xəbərdarlıq etməyib. "Daily Mail"in məlumatına görə, Çin lideri epidemiya haqqında məlumatlı olsa da onu ört-basdır edib. Rəhbərlik virusla bağlı məlumatları 6 gün müddətində gizli saxlayıb. Bu zaman kəsiyində isə virus minlərlə insana yoluxub. 

İddiaya görə, Pekindəki rəsmilər 14 yanvarda böyük təhlükə ilə qarşı-qarşıya olduqlarını anlayıblar. Ancaq ölkə rəhbəri Si Tsinpin xalqı bu barədə 20 yanvar günü xəbərdar edib.

Altı gün ərzində virusun mənbəyi olan Hubey vilayətinin Uhan şəhərində onminlərlə insanın iştirak etdiyi böyük mərasim keçirilib. Çinin Yeni il bayramları münasibəti ilə minlərlə insan öz məmləkətlərinə geri qayıdıb. Xəstəlik də bu zaman sürətlə yayılıb. 

Ancaq 6 günlük susqunluq xəstəliyin belə geniş yayılması üçün atılan ilk səhv addım deyil. Başqa ölkələr də tədbir görməkdə gecikiblər. Nəticədə isə hazırda demək olar ki, bütün dünya ölkələri karantin rejimindədir, 130 minə yaxın insanı öldürən virusla mübarizədə ən aparıcı dövlətlər belə aciz qalıblar.