İrəvanın Moskva qorxusu artır

16 Aprel, 2019 11:01 | Siyasət | Baxış sayı: 274
Rus tankları Ermənistanda
Rus tankları Ermənistanda

Rus ekspert erməniləri şoka saldı: "Dərhal Azərbaycandan işğal etdiklərini geri qaytarmalıdırlar"

Ermənistanda özünü xalq naziri kimi qələmə verən Nikol Paşinyanın rəhbərlik etdiyi "məxməri" inqilabdan sonra Moskva ilə İrəvan arasındakı münasibətlər xeyli pisləşib. Amma baş nazir bunun əksini iddia edir.

Bu günlərdə erməni mətbuatı nəyahət ki, 27 oktyabr 1999-cu ildə parlametdə baş verən güllələnmə ilə bağlı araşdırmanın sonu ilə bağlı sensasiyalı məlumat paylaşdı. Xüsusi komissiyanın rəhbəri Andronik Koçaryan bildirib ki, bu hadisəni Rusiya xüsusi xidmət orqanları Kremlin sifarişi ilə törədiblər. Bu qalmaqallı bəyanat fəal şəkildə bir neçə gün tirajlandıqdan sonra həmin Koçaryan birdən fikrini dəyişdi. Bu dəfə o jurnalistlərə açıqlamasında belə söz dediyini təzkib etdi. Hələ bu azmış kimi Azərbaycandan olna jurnalistləri belə məlumatlar yaymaqda ittiham etdi. Onun sözlərinə görə, bu Moskvva-İrəvan münasibətlərini pisləşdirmək üçün hazırlanan əsl təxribatdır.

Qeyd edilən informasiya isə sözsüz ki, Paşinyanın razılığı ilə dərc edilib. Başqa cür ola bilməzdi. 

Əslində Moskva nə əvvəl, nə də indi ikitərəfli münasibətlərə kifayət qədər ziyanı dəyən Paşinyana inanmayıb. İndi onun hakim partiyası “Mənim addımın” yeni layihə təklif edir  - Ermənistanın təhlükəsizliyinə hədə olan Rusiya kanallarının yayımına məhdudiyyət qoymaq. Təbii ki, bütün bunlar Rusiyada geniş şərh edilir.

Hərbi eksprert Vladislav Şuriqin erməni mətbuatına müsahibəsində deyib ki, bütün bu addımlar İrəvan üçün çox pis qurtaraq. "Mən Ermənistan-Rusiya münasibətlərinin bundan sonra da pisləşməsinə sakit yanaşıram. Çünki hesab edirəm ki, Ermənistan Rusiya üçün mənasız tərəfdaşdır. Bu halda o özünü geosiyasi vəziyyətinə yenidən baxmalı, dərhal Azərbaycandan işğal etdiklərini geri qaytarmalıdır".