Ərdoğanın nazir kürəkəni Trampla görüşdü

16 Aprel, 2019 09:51 | Siyasət | Baxış sayı: 70
Ağ evdə görüş
Ağ evdə görüş

Prezidentlə görüşdə Rusiyadan alınan “S-400”lərdən də danışıblar

ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın nazir olan kürəkəni ilə görüşüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakla görüş Ağ evdə baş tutub.

Görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin  həcmini 20 milyarddan 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.

Türk nazir ölkəsinin mövqeyini ABŞ liderinə çatdırdıqlarını deyib. "Onun da mövqeyi pozitiv idi. Gərəkli mesajları Türkiyəyə qayıdandan sonra prezidentimizə çatdıracağıq".