ABŞ və NATO-nu qorxuya salan Rusiya silahı Azərbaycanda saxlanılacaq?

16 Aprel, 2019 12:20 | Siyasət | Baxış sayı: 338
S-400
S-400

Türkiyənin S-400-lə bağlı planı

Türkiyə Rusiya istehsalı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər. Bu barədə Türkiyə mətbuatı yazıb. 

Məlumata görə, ABŞ və NATO-nu qorxuya salan sistemin müvəqqəti saxlanması üçün iki ölkə gündəmdədir. Bunlar Azərbaycan və Qətərdir. 

Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, Türkiyənin almaq istədiyi sistem ABŞ və NATO-nun ciddi narazılığına səbəb olub. Alyans və Birləşmiş Ştatlar Türkiyəni bu alış-verişdən yayaındırmaq üçün xəbərdarlıqlar, hətta təhdidlərə də əl atıblar. Lakin R.T.Ərdoğan artıq razılığın əldə edildiyini və geri addım atmaq niyyətində olmadıqlarını deyib.