"Türkiyəni Rusiyadan ayırdıq" - Makron sevindi

16 Aprel, 2018 12:40 | Siyasət | Baxış sayı: 206
E.Makron - Fransa prezidenti
E.Makron - Fransa prezidenti

Türkiyə Fransa prezidentinin cavabını verdi

"Türkiyə və Rusiyanın arası dəydi". İstiPress-in məlumatına görə, bunu Fransa prezidenti Emanuel Makron bir neçə gün öncə ABŞ-la birlikdə Suriyaya qarşı həyata keçirdikləri hücumla bağlı çıxışında deyib. O, Suriyaya gecə hücumunu şərh edib. 

"Türkiyə ilə Rusiya arasında fikir ayrılığı yarandı. Türkiyə zərbələrdən məmnun olduğunu deyib və bizim həyata keçirdiyimiz əməliyyatı dəstəkləyib". 

Makron deyib ki, müttəfiqlərin atdıqları bütün raketlər hədəfləri vura bilib.

"Putinə Suriyanın kimyəvi silahdan istifadə etməsində Rusiyanın onun cinayətinə ortaq olduğunu dedim". 

Türkiyənin Makrona cavabı gecikməyib. Baş nazirin köməkçisi, hökumət sözcüsü Bəkir Bozdağ sərt açıqlama verib. "Türkiyə nə Rusiya, nə İran, nə də ABŞ-la eyni hədəfə qaçan bir ölkədir. Bir şeyi hamı bilməlidir ki, kimyəvi silahdan istifadə, dinc sakinlərin ölümü yolverilməzdir, qorxuncdur. 

Suriya rejiminin qalmasının yanlış olduğunu düşünürük. Bəzi ölkələr Əsədə dəstək verir. Biz bu siyasətə də qarşıyıq. Biz doğru nədirsə onu müdafiə edirik, onunla yan-yanayıq. Regionda münaqişəsinin bitməsini istəyirik".