Rusiyadan ABŞ-a şərt - Bir də olsa...

16 Aprel, 2018 15:40 | Siyasət | Baxış sayı: 378
Bombalanan Suriya
Bombalanan Suriya

XİN rəsmisi xəbərdarlıq etdi

"Rusiya bundan sonra Suriyaya qarşı olacaq hər hansı bir hücuma cavab verəcək". İstiPress-in "haberler.com"a istinadla verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, qeyd edib ki, ABŞ-ın yeni bir hücum planı olmadığını düşünürlər. "Yeni bir hücum sərt şəkildə cavab verilməsi üçün qıcıqlandırma olacaq".

XİN rəsmisi Sergey Ryabkov ABŞ-ın hücumunun Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələrinin Suriyanın Duma şəhərində aparmalı olduqları yoxlamaları da gecikdirdiyini bildirib.