Moskvadan Azərbaycana qarşı Qarabağ təxribatı

16 Aprel, 2018 15:31 | Siyasət | Baxış sayı: 520
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

"İzvestiya"dan Sarkisyana cinayətkar dəstək

İrəvanda müxalifət Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz etdiyi vaxtda Rusiyanın "İzvestiya" qəzeti erməni siyasətçiyi yardım məqsədi ilə Azərbaycana qarşı təxribata yol verib.

İstiPress-in məlumatına görə, "İzvestiya" qəzetinin saytında Aleksey Zabrodinin müəllifi olduğu müsahibədə Serj Sarkisyan Azərbaycan əleyhinə ifadələr işlətməklə yanaşı, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına haqq qazandırmağa çalışıb.

İddia edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın güzəşətə getməməsi üzündən başa çatmır. Sarkisyan iddia edib ki, Azərbaycan heç zaman münaqişəni müharibə yolu ilə həll edə bilməyəcək.

Müsahibənin bu yerində ən böyük təxribat "İzvestiya" qəzetinin redaksiyası tərəfindən edilib. Müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.