İrəvan üzərində qara buludlar

16 Aprel, 2018 12:48 | Siyasət | Baxış sayı: 237
Nikol Paşinyan və tərəfdarları polis kordonunu dağıdır
Nikol Paşinyan və tərəfdarları polis kordonunu dağıdır

Ermənistan çox saylı qurbanlar verə bilər

Ermənistan polis qüvvələri İrəvanın bir sıra mərkəzi küçələrini nümayişçilərdən və avtomobillərin hərəkətinə mane olan əşyalardan təmizləməyə başlayıb. 

Serj Sarkisyanın Ermənistan baş naziri vəzifəsinə təyin edilməsinə etiraz edənlər sərhərin erkən saatlarında İrəvanın mərkəzi küçələrini bağlayıblar. Nəticədə, nəqliyyat kollapsı yaranıb. Hərəkət dayanıb. Polis isə öz nəövbəsində ölkə parlamentinə bütün girişləri bağlayıb.

Mitinq iştirakçılarının əsas mənqsədə Milli Məclisin binasına qədər getməkdir, bu gün orada hakim partiya işsiz qalmış Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı namizədliyini irəli sürür. Sabah burada baş nazirin seçkisi keçiriləcək və ondan sonra bütün hakimiyyət baş nazirin əlində cəmlənəcək.

Hakim partiya isə bu gün İrəvanda baş verənləri şərh etmir. Yalnız vitse-spiker Eduard Şarmazanov bildirib ki, Serj Sarkisyanın namizədliyinin irəli sürüləcəyi iclası nümayişçilərin gözündən uzaq yerə keçirə bilərlər.

Bununla yanaşı, etirazçıların lideri deputat Nikol Paşinyan tərəfdarları tərəfindən tutulmuş ictimai radionun binasından erməni xalqına müraciət edib, O qeyd edib ki, Serj Sarkisyan erməni xalqı qarşısnıda verdiyi vəd və öhdəliklərə zidd olaraq yenidən xalqa məxsus hakimiyyəti ələ keçirməyə çalışır. “Biz sizin hamınızı bu gün axşam Azadlıq meydanına çağırırıq ki, ona qəti «Yox» deyəsiniz”,- deyə Paşinyan bildirib.

Ermənistan polisinin rəhbərliyi isə vətəndaşları mitinq hüuququndan sui-istifadə etməməyə çağırıb. Güc qurumu bildirib ki, bu cür hərəkətlər vətəndaşların həyat və sağlamlığına qarşı cinayətdir.

Yerli ekspertlər istisna etmirlər ki. xəbərdarlıqdan sonra polis mitinqi dağıtmaq üçün güc tətbiqinə başlaya bilər. Bu isə çox saylı qurbanlara səbəb olacaq.