Ermənistan şokda - İrəvan iflic oldu, yollar bağlandı, tələbələr aksiyaya qoşuldu VİDEO

16 Aprel, 2018 10:36 | Siyasət | Baxış sayı: 363
İrəvanda yolu kəsən etirazçılar
İrəvanda yolu kəsən etirazçılar

Etirazçılar avtobusların qarşısında uzanıblar

Ermənistanda tələbələr də Sarkisyanın baş nazir təyinatına qarşı keçirilən etiraz aksiyalarına qoşulublar. Artıq paytaxt İrəvanda bir neçə magistral yolu bağlanıb. Sürücülər isə alternativ yollar axtarışına başlayıblar.

Bundan əlavə müxalifət nümayəndələri ictimai nəqliyyatın qarşısında uzanaraq onların hərəkətinə də mane olublar. Bir çox prospekt, küçələr isə stol, stullar, zibil yeşikləri ilə bağlanıb. Müxalifət səsgücləndiricilərlə əhalidən narahatlığa görə üzr istəyib və bu yolla onları daha pis ssenaridən xilas etməyə çalışdıqlarını elan edib.

"Çıxış" partiyasının rəhbəri Nikol Paşinyan polisə də müraciət edib. O, bildirib ki, polis kardonunu yarıb parlament binasına girmək niyyətindədirlər. “Siz də bizim qardaşlarımızsınız. Hətta siz etirazçıları qovsanız belə biz sizə cavab verməyəcəyik”.

Paşinyan bu gün əhaliyə müraciət edib. O, İrəvan sakinlərini nəinki ancaq mərkəzdəki, eləcə də şəhərin başqa rayonlarında yolları bağlamağa çağırıb. 

Vətəndaşların etiraz aksiyası ermənistnada saaatba-saat güclənir...  

Yerli mətbuataın məlumatına görə, artıq tələbələrlə polis arasında ilk toqquşma baş verib. Müntəzəm olaraq etirazçılarla bağlanan yollarda qalan sürücülər arasında da narazılıqlar baş verir.