Xalq avtobusların qabağına uzanacaq, məktəblər bağlandı
Ermənistanda vəziyyət gərginləşir. Keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı aksiyalar hələ ötən həftədən başlayıb. Neçə gün keçməsinə baxmayaraq etirazlar hələ də səngimir.
Müxalifət hətta küçələrdə sobalar da qoyub ki, əhali dağılmasın. Erməni mətbuatının yazdığına görə, bu gün də bacarıqsız Sarkisyanı yenidən hakimiyyətə gətirməmək üçün yürüş və mitinqlərin davam etdiriməsi planlaşdırılır. Etirazçılar hətta Ermənistan ictimai radiosunu da ələ keçiriblər. Müxalifətin planına görə, bu gün İrəvanda nəqliyyat xaosu da yaşanmalıdır. Onlar elan ediblər ki, avtobusların qarşısında uzanacaqlar.
Məktəblərdə və universitetlərdə də dərslər olmayacaq. Etirazçılar valideynlərə müraciət ediblər. Tələbələrdən isə küçələrə çıxmaq xahiş edilib.
Əsas məqsəd parlamentin iclasına, Sarkisyanın təyinatına mane olmaqdır.
Lakin bəziləri hesab edirlər ki, hiyləgər Sarkisyan rəhbərliyi əlinə almaq üçün parlamentin iclasının vaxtını və yerini də dəyişə bilər. Bu iclası o, hətta hökumətin ona bağışladığı malikanəsində də keçirmək imkanına sahibdir.
Hələlik isə Ermənistanın şəhərlərinin küçələri və meydanlarında bir şüar eşidilir - "Serjik rədd ol", "Serj get”...
Qorxuya düşən Sarkisyandan ilk addım
Rusiyadan ilk addım
Dünyaya müharibə qorxusu yaşadan prezidentdən geri addım
Serj Sarkisyanı Ukrayna liderinin taleyi gözləyir