Paşinyan qaçdı - ermənilər qorxu içindədir

16 Mart, 2020 17:19 | Siyasət | Baxış sayı: 3391

Ermənilərin koronavirusa yoluxma riski ehtimal ediləndən qat-qat yüksəkdir

Arvadı Braziliyanın koronavirusa yoluxmuş birinci xanımı ilə qucaqlaşandan sonra ailəsi iləb birlikdə İrəvandan qaçaraq Sevanda özünü təcrid etmiş Nikol Paşinyan erməniləri şoka salıb.

İstPress-in məlumatına görə, müxtəlif media vasitələrinə müsahibə verən ekspertlər, politoloqlar ölkədə koronavirus təhlükəsinə hazırlaqla bağlı vəziyyətin çox ağır olduğunu, baş nazirin bu addımı ilə bütün ölkə  əhalisini təhlükə altında qoyduğunu bildirməyə başlayıblar.

“Azq” qəzetinin baş redaktoru Akop Avetikyan “Tert.am”a müsahibəsində Nikol Paşiyanın bu hərəkətini yelbeyinlik adlandırıb. Onun fikrincə, ermənilər çörək pulu üçün dünyanın çox ölkələrinə səpələniblər və onların koronavirusa yoluxma riski ehtimal edilənlərdən qat-qat çoxdur.   

Rəsmi məlumata görə, ölkədə 30 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Bunların içində iki nəfər - biri İrandan, o birisi isə İtaliyadan gəlib, qalanlar isə onlarla kontaktdan yoluxub, hətta yoluxanlardan biri məktəblidir. Yəni bu faktın özü göstərir ki, ermənilərin koronavirusa qarşı immuniteti ehtimal ediləndən çox aşağıdır. 300 nəfərə yaxın adam isə koronavirus şübhəsi ilə karantinə alınıb.

Anna Akopyan özünü təcriddən 1 gün öncə
Anna Akopyan özünü təcriddən 1 gün öncə

Həkimlərin dediyinə görə, ölkənin bununla bağlı tibbi ləvazimat tədarüki həddindən aşağıdır - məsələn, potensial xəstələri ortaya çıxaran koronavirus testi Ermənistanda cəmi 500 ədəddir - ekspertlər isə ən azı 5000 testə ehtiyac olduğunu bildirirlər. Buna görə, sosial şəbəkələrdə erməni istifadəçilər  Nikol Paşinayana qarşı kin qusurlar. 

Vestnik Kavkaza”nın yazdığına görə, əksər sosial şəbəkə istifadəçiləri onun sözünə baxmayan Konstiusiya Məhkəməsini ləğv etmək üçün aprelin 5-ə təyin etdiyi referenduma görə qəzəblənirlər. Bu ermənilərin fikrincə, Nikol Paşinyan bu tədbirlə  xalqı bir yerə yığıraq onları koronavirusa yoluxmaq riski altında qoyur, yəni Ermənistanın narıncı inqilabi lideri üçün siyasi maraqları xalqın sağlamlığından daha önəmlidir.

Bun göorə də əksər müşahidəçiləri aprelin 5-də Paşinyanın böyük məyusluğa uğrayacağını düşünürlər. Əhali sadəcə referendumu boykot edəcək və Paşinyan rəqibələrinə divan tutmaq üçün yetərsay əldə edə bilməyəcək.