Mübariz Mənsimovun işçisi də saxlanılıb - FOTO

16 Mart, 2020 15:45 | Siyasət | Baxış sayı: 170
Mübariz Mənsimov - “Palmali” şirkətinin sahibi
Mübariz Mənsimov - “Palmali” şirkətinin sahibi

“Palmali” şirkətlər qrupunun meneceridir

İş adamı Mübariz Mənsimov ilə birlikdə onun meneceri Nuray Nurcihan Perker də saxlanılıb.

İstiPress “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıq Araşdırma şöbəsi və Maliyyə Cinayətləri Şöbə Müdirliyinin şübhəlilərin etdiyi şikayətlər əsasında apardığı istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun meneceri də saxlanılıb. 

O, Türkiyə Cinayət Məcəlləsinin 314/2 maddəsi ("silahlı terror təşkilatına üzv olmaq") üzrə ittiham olunur.

Qeyd edək ki, polis heyəti şübhəlilərin məkanlarında axtarışları davam edir.

Nuray Nurcihan Perker
Nuray Nurcihan Perker