AZAL bu uçuşlarını dayandırdı SİYAHI

16 Mart, 2020 08:13 | Siyasət | Baxış sayı: 109
AZAL stüardessa
AZAL stüardessa

Siyahıda Dubay, Nyu-York,Doha və s. şəhərlərin adları var

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra uçuşlar müvəqqəti dayandırılıb.

“Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır:

- 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

- 17 mart tarixindən etibarən "Air Arabia", "Ethiad", "Fly Dubai" vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

- 17 mart tarixindən etibarən "UralAirlines" vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

- 17 mart tarixindən etibarən "Utair" hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

- 18 mart tarixindən etibarən "İrAero" hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;