Prezident başsağlığı verdi

16 Mart, 2019 08:43 | Siyasət | Baxış sayı: 50
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Bu terror əməlindən son dərəcə hiddətlənirik"

Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağalığı verib. Başsağalığı məktubunda deyilir: 

"Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, iki məscidə edilən silahlı hücum zamanaı 50 nəfər qətlə yetirilib, onlarla insan yaralanıb.