Şəhid əsgər bu gün dəfn olunacaq

16 Fevral, 2020 10:20 | Siyasət | Baxış sayı: 129
Şəhid əsgərin dəfni
Şəhid əsgərin dəfni

Müddətdən artıq hərbi qulluq etdiyi bildirilir

Ötən gün düşmənlə təmas xəttində şəhid olmuş Azərbaycan Milli Ordusunun hərbi qulluqçusu Seymur Eldar oğlu Ələsgərov bu gün Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn ediləcək.

IstiPress-in məlumatına görə, 30 yaşlı Seymur Ələsgərovun hər iki valideyni dünyasını dəyişib. Onun müddətdən artıq hərbi qulluq etdiyi bildirilir.