Gəncədə şəhidimiz dəfn edildi - VİDEO

16 Fevral, 2020 15:36 | Siyasət | Baxış sayı: 185

Seymur Ələsgərov ailəli olub və 9 aylıq oğlu var

Azərbaycan Milli Ordusunun giziri, 30 yaşlı Seymur Ələsgərov doğulduğu Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin dəfnində yerli sakinlər, millət vəkili Musa Quliyev, Müdafiə Nazirliyinin və qulluq etdiyi hərbi hissənin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər şöbəsinin nümayəndələri, Gəncə İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər iştirak edib.

Gəncə İH başçısı Niyazi Bayramov şəhid Seymur Ələsgərovun qanının yerdə qalmayacağını, onun xatirəsinin həmişə əziz tutulacağını deyib.

Seymur Ələsgərovun vida mərasimi
Seymur Ələsgərovun vida mərasimi

13:50

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

İstiPress-in məlumatına görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfn mərasimi başlayıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Seymur Ələsgərovun vida mərasimi
Seymur Ələsgərovun vida mərasimi

12:20

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində vida mərasimi keçirilir.

İstiPress-in məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun vida mərasimi başlayıb. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.