DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya

16 Fevral, 2020 14:56 | Siyasət | Baxış sayı: 177
İlqar Məmmədov
İlqar Məmmədov

15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi yayılan xəbər barədə

"Bu gün MSK-nın önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər məlumatlar reallığı əks etdirmir, çünki hazıra qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib".

İstiPress-in məlumatına görə, bunları DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

"Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq", - deyə o qeyd edib.