Putinin yeni seçimi - hokkeyçi, biznesmen, pianoçu

16 Yanvar, 2020 09:02 | Siyasət | Baxış sayı: 196
Mixail Mişustin
Mixail Mişustin

Mixail Mişustin baş nazir olmağa razılaşdı

Ötən gün Rusiya prezidenti Vladimir Putin Federal Şuraya növbəti dəfə müraciət ünvanladı. Prezidentin çıxışı gözlənilməz hadisələrlə yadda qaldı. Belə ki, iclasdan sonra hökumət tam tərkibdə istefaya göndərildi. Putin Dmitri Medvedevin əvəzinə baş nazir postuna yeni namizədinin adını açıqladı. O, bu postda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini görmək istədiyini bəyan etdi. 

Artıq prezident onunla ilk görüşünüdə keçirib və öz təklifini verib. Mişustin razılaşıb və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.

Xatırladaq ki, Mişutsin Vergi Xidmətinə 2010-cu ildən rəhbərlik edir. 54 yaşlı rəhbər sələfi Medvedevdən cəmi yarım il kiçikdir. 

Yeni baş nazir namizədi 1966-cı ildə Moskvada doğulub. İqtisadiyyat üzrə elmlər doktorudur. 2008-ci ildən o səhmlərin idarəsi və birbaşa sərmayələrlə məşğul olan UFG şirkətinin prezidentidir. 

İllik bəyannaməyə görə, 2018-ci ildə o 18 milyon 993 min rubl qazanıb.  Ailəlidir 3 oğlu var. 

Putinin seçdiyi  şəxs prezidentin özü kimi bizneslədə məşğul olur, hokkeylə maraqlanır, royalda ifa edir.