Kadırov haradadır?

16 Yanvar, 2020 10:18 | Siyasət | Baxış sayı: 118
Ramzan Kadırov
Ramzan Kadırov

Çeçenistan rəhbəri səlahiyyətlərini Xuçiyevə tapşıraraq getdi

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq məzuniyyətə çıxıb. O, vəzifə səlahiyyətləri müvəqqəti olaraq Müslim Xuçievə tapşırılıb. Dövlət başçısı yanvarın 13-dən məzuniyyətdədir. Lakin bu barədə bir neçə gün sonra məlumat üzə çıxıb. 

Kadırovun mətbuat xidmətinin məlumatına görə, o müalicə kursu keçir. Alvi Kərimovun sözlərinə görə, bu adi haldır. 

Çeçenistandan olan Dövlət Dumasının deputatı Şamsail Saraliyevin sözlərinə görə, Kadırov xırda sağlamlıq problemlərinə görə blütten götürməyə məcbur olub. 

"Bəzən adi zökəm belə region rəhbərini öz postunu müvəqqəti olaraq tərk etməsinə səbəb ola bilər. Mexanimz var - xəstəlik zamanı səlahiyyətlərin ötürülməsi ilə bağlı xüsusi sənəd hazırlanır". O, qeyd edib ki, bu məcburi və müvəqqəti haldır, Rusiya qanunvericiliyinə tam uyğundur.