"Sarı jiletlilər" yenə toplaşır

15 Dekabr, 2018 13:22 | Siyasət | Baxış sayı: 16
Fransada aksiya
Fransada aksiya

Fransa polisi aksiya başlamamış 25 nəfəri tutdu

Fransada ötən aydan başlamış etirazlar səngimir. Bu gün keçirilməsi planlaşdırılan aksiyadan öncə "sarı jiletlilər"in daha 25 nümayəndəsi saxlanılıb. Onlardan 10-u Paris, 15 nəfəri isə ətraf rayonlarda tutulub. 

Fransa daxili işlər naziri Kristofer Kastaner isə bildirib ki, gün ərzində paytaxtdakı bütün vağzallarda nəzarət tədbirləri gücləndiriləcək. 

Xatırladaq ki, aksiya yanacağın qiymətinin artmasına etiraz olaraq başlayıb. Daha sonra kütlə ölkədəki sosial problemlərə də etiraz etmək üçün küçələrə çıxıb.

Ölkə prezidenti Emanuel makron əhaliyə müraciət edib, o gələn ildən əmək haaqlarının 100 avro civarında qalxacağını söz verib. Buna baxmayaraq ölkədə etirazlar dayanmayıb.