AK prezidenti qadın işçisinin saçını qarışdırdı, əlini sığalladı və... VİDEO

15 Dekabr, 2018 13:45 | Siyasət | Baxış sayı: 157
 Jan-Klod Yunker - Avropa Komissiyasının sədri
Jan-Klod Yunker - Avropa Komissiyasının sədri

Jan-Klod Yunker yenə hamını heyrətləndirib

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker yenə qəribə davranışları ilə hamını təəcübləndirib. İstiPress-in məlumatına görə, Avropa Birliyi ölkələri liderlərinin dekabrın 14-də keçirilən sammitinə onun əməkdaşları ilə qəribə zarafatları damğa vurub. 

"YouTube"də yerləşdirilən kadrlarda görünür ki, Junker onu qarşılayan qadın əməkdaşlarından birinin saçını qarışdırır, digər qadın əməkdaşla öpüşərək görüşür. Bundan sonra özünü elə göstərir ki, guya ona soyuqdur və görüşdüyü başqa bir qadının əlini sığallamağa başlayır. 

Mətbuat konfransında öncə isə o bir dəstə sənədi qəfildən yerə atıb. Bu əməlini heç cür izah etməyib. 

Qeyd edək ki, bu AK rəhbərinin ilk qəribə davranışları deyil. Yunker nüfuzlu sammitlərdə belə özünəməxsus zarafatlar etməyi sevir.

Onun hətta ötən il Cenevrədə keçirilən sammitə sərxoş halda qatıldığı da bildirilir.