Ukrayna və Gürcüstanın gizli Saakaşvili planı

15 Dekabr, 2017 13:07 | Siyasət | Baxış sayı: 167
Mixail Saakaşvili həbs edilən zaman
Mixail Saakaşvili həbs edilən zaman

Keşmiş prezident Belarusa ekstradisiya edilməlidir

Ukrayna və Gürcüstan keçmiş prezident, Odessa qubernatoru olan Mixail Saakaşvilinin ekstradisiyası üçün gizli danışıqlar aparır. İstiPress-in məlumatına görə, bu xəbəri "Rustavi 2" yə istinadla Ukrayna mətbuatı yayıb. 

Mətbuatın məlumatına görə, siyasətçini ilk olaraq Belarusa ekstradisiya etmək istəyirlər. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Vaxtanq Qomelauri də bu barədə müzakirələr aparmaq üçün Minskə gedib. O, ukraynalı və belaruslu həmkarları ilə ekstradisiya haqqında danışacaq. Onun səfəri haqqında məlumat dövlət xidmətindən də təsdiqlənib. 

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu Saakaşvilini dövlət çevrilişinə cəhd hazırlamaqda ittiham edir. İddiaya görə, o bunun üçün keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçə yaxın olan Rusiyadakı biznesmen Sergey Kurçenkodan pul da alıb. 

Bu ittihamlarla bağlı Saakaşvili həbs edilsə də tərəfdarları birinci dəfə onu polisin əlindən ala bilib. İkinci dəfə isə onu həbsdən məhkəmə özü xilas edib.