Sarkisyan timsah göz yaşı tökdü

15 Dekabr, 2017 08:50 | Siyasət | Baxış sayı: 216
Serj Sarkisyan - Ermənistan prezidenti
Serj Sarkisyan - Ermənistan prezidenti

Ermənistan prezidentinin yeni il qabağı bəyanatı

“Siz təssəvvür belə etmirsiniz ki, mənə necə ağırdır”. Ermənistan prezidenti Serj Sarkisyan “Armeniya” kanalının jurnalistlərinə müsahibəsində yenə ağlaşma qurub. “Bir əlinlə danışıqlar aparıb, digəri ilə atmaq mümkün deyil”.

Biz isə deyərdik ki, Sarkisyan kimiləri üçün mümkündür. O hələ Qarabağda – azərbayacanlıları qətlə yetirəndə atmağı öyrənib, elə orada da həmişə ağa qara deməklə yalan danışmaqda ustalaşıb.

Birbaşa efirdə prezident timsah göz yaşı tökərək deyib ki, insan təlafatı hər zaman ağrı-acı və faciədir. Daha sonra o Ermənistanın dərs aldığını bildirib və 2016-cı ildəki hadisələrdən də danışıb”. “Bütün məsuliyyətimlə bildirirəm ki, bizim qarşı tərəfin fəaliyyətini istisna edən proqramımız var”.

Amma məsələ ondadır ki, bir müddət öncə dərc edilən beynəlxalq reytində görə, Ermənistan ən çox silahlanan ölkə seçilib. O, dünya üzrə 3-cü yeri tuturdu. Sarkisyan isə belə reytinqlərə ehtiyatla yanaşmağa çağırıb. Daha sonra isə erməni icmasının üzərinə düşüb. Gah deyib ki, onlar Ermənistanın Azərbaycandan zəif olduğunu deyir, indi isə silahlanmadan danışırlar.

Maraqlıdır ki, Sarkisyan bütün vasitələrlə öz gələcək siyasi kariyerası haqqında suallardan yayınıb.