İsraili hiddətləndirəcək həmlə

15 Dekabr, 2017 15:10 | Siyasət | Baxış sayı: 315
Livan hərbçiləri
Livan hərbçiləri

Səfirlik Qüdsə köçür

İstanbulda Qüdsə bağlı keçirilən tarixi sammitin nəticəsi özünü çox gözlətmədi. İstiPress-in məlumatına Livan ABŞ prezidenti Donald Trampı, eləcə də İsraili hiddətləndirəcək qərarını verib. Bu ölkə öz səfirliyini Qüdsün şərqində açmağı planlaşdırır. 

Ölkənin rəsmi xəbər agentliyi olan NNA-nın məlumatına görə, ABŞ-ın Qüdsü İsrailin payatxtı kimi tanımasından sonra yaradılan, baş nazir Saad Haririnin başçılıq edəcəyi komitə bu təklifi dəyərləndirəcək.

Artıq Fələstin muxtariyyətinin rəhbərliyindən səfirlik binası üçün torpaq ayrılması xahiş edilib. 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib. Ötən gün bu qərarla bağlı İstanbulda İƏT ölkələrinin fövqəladə toplantısı baş tutub. 

Fələstin başçısı Mahmud Abbas öz çıxışında deyib ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir. Lakin Qüds Fələstinin paytaxtı olacaq. "Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq. O şəhərlərin çiçəyidir, bir tacın ən qiymətli daşıdır. Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram".