Erməni deputatlar hədiyyəsiz qaldılar

15 Dekabr, 2017 10:25 | Siyasət | Baxış sayı: 99
Ermənistan parlamenti
Ermənistan parlamenti

Pul yoxdur

Bu il erməni deputatlar Yeni ili hədiyəssiz qarşılayacaqlar. Bu barədə “Jamanak” qəzeti milli yığınacaq nümayəndəsi Aba Babayana istinadla yazıb. O, qədim ənənələrini pozmağa qərar verib.

Bu il xalqın qulluqçularına heç nə verilməyəcək. “Parlament yarmarka deyil ki, konfet və araq paylasın. Bu il parlamentdə yolka və yeni il tədbiri də olmayacaq”,  deyə o, bildirib.

Görünür ölkə rəhbərliyinin elan etdiyi iqtisadi artıma baxmayaraq Ermənistanda pul yoxdur.