Reket jurnalistlərin həbsi üçün DTX-ya müraciət olunacaqmı?
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov istipress.com saytına videomüsahibə verərək bəyan edib ki, həbs edilən iki reket baş redaktorla yanaşı, hələ fəaliyyətdə olan reket jurnalistlər də var.
Onun sözlərinə görə, bu gün iqtisadi maraqlara görə bəzi məmurlar gizli şəkildə saytlar yaradaraq rəqib məmurları sıradan çıxartmağa çalışırlar. Bu proseslərin arxasında isə iqtisadi maraqların dayandığını Əflatun Amaşıov istipress.com-a bəyan edib.
Bəs azadlıqda qalan reket jurnalistlərin həbsi gözlənilirmi və Mətbuat Şurası əlindəki faktları DTX-ya təqdim edəcəkmi? Bu və digər sualların cavabları videomüsahibədə.