Putin: "Ərdoğanla sıx əlaqədəyik"

15 Noyabr, 2019 09:40 | Siyasət | Baxış sayı: 30
Putin və Ərdoğan
Putin və Ərdoğan

Rusiya Türkiyənin qayğılarına operativ reaksiyaya hazır olduğunu deyib

Rusiya prezidenti Vladimir Putin Suriya məsəsləsi ilə bağlı Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğan ilə sıx əlaqədədir. Bu barədə rus lider özü bildirib. 

Ərdoğanın mövqeyinə gəldikdə isə, biz onunla sıx əlaqədəyik. Bilirəm ki, onun bəzi təşkilatlarla bağlı qayğıları var. Ancaq biz qarşılıqlı əlaqələrimizi nəzərə alaraq razılaşmışıq ki, türk tərəfi operativ olaraq bu və ya başqa məsələ ilə bağlı öz narahatlıqlarını çatdıracaq".

Putin qeyd edib ki, hər hansı pozuntu olduğunu müşahidə etsələr buna operativ reaksiya verəcəklər.