Paşinyan şeytana görə göstəriş verdi

15 Noyabr, 2019 09:03 | Siyasət | Baxış sayı: 96
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri QR kodun şeytanla əlaqəsini araşdırır

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb. Bu haqda Paşinyan hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə “müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib. “Budur, siz gülürsünüz, amma problem varsa onu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”.

Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan təsdiq edib ki, Paşinyandan belə tapşırıq alıb və araşdırmanın nəticələrini ona təqdim edəcək.

QR-kod ilə şeytanın "əlaqəsi" ətraf mühit naziri Erik Qriqoryanın ov üçün onlayn icazə layihəsinin təqdimatı zamanı gündəmə gəlib. Baş nazir deyib ki, Ermənistanda elektron əməliyyatlarla bağlı səviyyə çox aşağıdır və bu onlar barədə informasiyanın az olması ilə əlaqədardır. İnsanlar sadəcə bəzi siyasi simaların spekulyasiyaları fonunda şəbəkə üzərindən iş görməyə qorxurlar.

QR-kod ingiliscə "Response Code" deməkdir və ştrix kodlar kimi əmtəə tanınma nişanıdır, ilk dəfə Yaponiyanın avtomobil sənayesi üçün işlənib hazırlanıb.