Prezident gəldi, baxdı, söz verdi FOTOLAR

15 Noyabr, 2017 11:05 | Siyasət | Baxış sayı: 245
Zəlzələ nəticəsində dağılan bina
Zəlzələ nəticəsində dağılan bina

"Dövlətin nəzarətində tikilən binalar yerlə bir olub"

İran prezidenti Həsən Ruhani zəlzələ nəticəsində ziyan çəkən bölgələrdə olub. İstiPress-in məlumatına görə, prezident 7,2 bal gücündə zəlzələnin yüzləlrə insanın ölümünə səbəb olduğu, minlərlə ailəni evsiz qoyduğu Kirmanşahda olub, zərərçəkənlərlə görüşüb.

Ruhani bölgə sakinlərinə yenidən evlər tikmək üçün qarşılıqsız kreditlər veriləcəyini bildirib. Prezident insan izdihamı böyük olduğu üçün bəzi ərazilərə daxil belə ola bilməyib.

O, zərərçəkənlər qarşısında çıxışında sələfi olan Əhmədinejat hökumətini, onun zamanında inşaası başlayan layihələri tənqid etməkdən də çəkinməyib. "Dövlətin nəzarəti ilə tikilən binalar yerlə bir olub. Halbuki onun yanında insanların özünün tikdiyi bina sağlam şəkildə qalıb. Demək ki, layihələrdə problemlər olub". 

Qeyd edilən yaşayış məskəni "Mesken-i Mehr" adlandırılır. Bu kompleksdəki binalar Mahmud Əhmədinejatın zamanında  azgəlirli ailələr üçün inşa edilmişdi. 

Xatırladaq ki, güclü zəlzələ noyabrın 12-də baş verib. Ən son məlumata görə, zəlzələ nəticəsində 500-ə yaxın insan ölüb, minlərlə adma isə yaralanıb.