İŞİD-çıdan şok etiraf: "ABŞ "canlı bomba" şərti qoyub"

15 Noyabr, 2017 10:38 | Siyasət | Baxış sayı: 273
Qaçan İŞİD terrorçuları
Qaçan İŞİD terrorçuları

Ələ keçirilən terrorçular ABŞ-ın iç üzünü açdılar

"ABŞ kəşfiyyataı bizə "canlı bomba" olmaq şərti qoyub". İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu sərhəddə ələ keçirilən İŞİD terrorçusu deyib.

Rakkadan çıxarılan terrorçulardan biri olan Əbu Zeydin savaş bölgəsindən çıxarılmaları üçün qoyulan şərtləri açıqlayıb. Adıçəkilən terrorçu terror aktı törətmək üçün Türkiyəyə sızmağa çalışarkən yaxalanıb. O, deyib ki, CİA (ABŞ Kəşfiyyat İdarəsi) öz şərtlərinin icra edilməsi üçün bəzilərinin ailələrini girov saxlayır.

"Rakkadan təxliyyə sentyabrdan başlayıb. Ümumilikdə 2 mindən çox terrorçu ABŞ və PKK tərəfindən şəhərdən çıxarılıb. CIA bəzi şəxslərə fərqli ölkələrdə "canlı bomba" olmaq şərti daxil olmaqla müəyyən tələblər qoyaraq onları ərazidən çıxarıb. İraq və Suriyadan çıxarılanların ailələrini girov saxlayırlar. Onların bir çoxu "canlı bomba" kimi istifadə edilmək üçün ABŞ və PKK-nın əlindədir. Hətta Rakkadan təxliyyə edilənlərin bir qismi Suriyada ABŞ-ın yaratdığı hərbi bazada saxlanılır".

Əbu Zeydin ilə birlikdə yaxalanan, terrorçu təşkilatın "maliyyədən məsul" şəxsi hesab edilən Əbu Riyad adlı İŞİD-çı da son 4 ayda bir çox ölkəyə ABŞ kəşfiyyatı vasitəsi ilə "canlı bomba" namizədlərinin daşındığını deyib. 

Xatırladaq ki, BBC-nin xüsusi araşdırmasında da Suriyadan çox sayda İŞİD üzvi olan terrorçu və ailəsinin çıxarılması barədə məlumat öz əksini tapıb. Reportajda qeyd edilir ki, terrorçuların paytaxtı hesab edilən Raqqa azad ediləndə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri və Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə edilmiş anlaşma yüzlərlə İŞİD terrorçusu və onların ailə üzvləri təhlükəsiz şəkildə evakuasiya olunub. Hətta onların təxliyyəsinin videogörüntüləri də yayılıb. 

Tutulan İŞİD-çı
Tutulan İŞİD-çı