Bakı Parisdə namizəd oldu FOTOLAR

15 Noyabr, 2017 08:30 | Siyasət | Baxış sayı: 57
Paris - Mehriban Əliyeva
Paris - Mehriban Əliyeva

Prezidentin xanımı və qızı qəbula qatıldı

Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib. Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edib. O, tədbirdə çıxış edib, daha aonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

4
4