Xocavənd sakinləri Qələbə sevincini yaşayır

15 Oktyabr, 2020 16:39 | Siyasət | Baxış sayı: 166

Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.

IstiPress-in məlumatına görə, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar.