Üç rayonun kəndləri azad edildi

15 Oktyabr, 2020 17:53 | Siyasət | Baxış sayı: 192
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Prezidenti İlham Əliyev daha bir neçə kəndin azad edilməsi haqda məlumat yayıb. 

İstiPress-in məlumatına görə, bu barədə dövlət başçısı tvitterdə məlumat yayıb:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”