Qırğızıstan prezidenti istefa verdi

15 Oktyabr, 2020 12:24 | Siyasət | Baxış sayı: 39
Sooronbay Jeenbekov
Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

IstiPress bildirir ki, məlumatı “24.kg” yayıb.

Bildirilib ki, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova ilə müzakirə edib. Müzakirədən sonra Jeenbekov bu gün istefa verib.

Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.