Moskva əyri yollarla Ermənistana kömək edir

15 Oktyabr, 2020 12:41 | Siyasət | Baxış sayı: 333

Moskva İrəvana, necə olsa, bir yolla kömək etməyə çalışır.

Bu nəticəyə Azərbaycanda yayımlananan Rusiya telekanallarında artan yalan selindən sonra gəlmək olur.

Qarabağ müharibəsi kopronavirusun yeni dalğası ilə mübarizəni kənara qoydu. “Rossiya 24” telekanalının “60 minut” verilişinə hörmətli soyad və pis niyyətlə çıxmış Rusiya deputatı Pyotr Tolstoy Dağlıq Qarabağa Rusiya qoşunlarını yeritməyi tələb edir. Hətta aparıcıların etirazı da onu dayandıra bilmədi, bunun münaqişə tərəflərinin narazılığını səbəb olacağı barədə xəbərdarlıqlarına məhəl qoymadı. “Bu təhlükə ilə biz özümüz məşğul olarıq”, - deyə Rusiya deputatı hədələdi.

Rusiya parlamentinin başqa üzvü isə durmadan Azərbaycanı təmsil edən iştirakçının səsini kəsməyə çalışırdı, onu Azərbaycanın xeyrinə təbliğat aparmaqla günahlandırırdı. Soruşmaq olar ki, əgər danışmağına imkan verməyəcəklərsə, onu niyə ora çağırıblar?

Verilişdə bir kəlmə də deyilmədi ki, müharibə Azərbaycan ərazisində gedir. Ermənilər döyüş rayonundan uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri vurur. Heç kimi evləri ermənilər tərəfinlən işğal olunmuş 1 milyon azərbaycanlı qaçqın barədə danışmadı.

Sovet İttifaqı Azərbaycan paytaxtına artıq bir dəfə - 1990-cı ilin yanvarında öz qoşunlarını yeridib. Qanlı yanvarda Moskvadan Bakıya gəlmiş jurnalistlər təcili yardım maşının vurulması barədə video kadrlara baxırdılar. Dinc sakinləri avtobus və troldeybuslarda da güllələmişdilər. Deyirdilər ki, bu, çox qorxuludur, amma bizə bu barədə yazmağa icazə verməzlər. Onda da hakimiyyətdə guya demokrat Qorbaçov idi.

Bu həftə Lavrovun irəvanlı həmkarı ilə daha bir görüşü oldu. Bu iki erməninin nədən danışdığı məlum deyil. Məni başqa şey maraqlandırır - Lavrov Rusiya jurnalistlərinə müsahibə verirdi, sayları çox az - 3-4 nəfər idi. Onun da düz yarısı Rusiya KİV-lərində işləyən ermənilər idi. Mən düşünürəm bu, təsadüfi deyil. Bu tele-toplantıda Türkiyəni də yaddan çıxarmadılar. Onun barəsində fantastik ittihamlar irəldi sürdülər ki, niyə Ankara Cənubi Qafqaza can atır. İttiham etdilər ki, niyə Azərbaycana silah satır.

Unutdular ki, Moskva İrəvana silahı tamamilə pulsuz verir. Halbuki, Rusiyanın bu gün pula çox böyük ehtiyacı var. Qeyd etmək istərdim ki, “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır” sözü bu telekanallarda çoxdan unudulub. Ancaq hər gün Rusiya telekanalları on dəfələrlə Xankəndi ermənilərini göstərir ki, bəs, baxın, Azərbaycan artileriyası bu yazıq qocaları hara göndərir.

İndi ermənilər geri çəkiləndə Rusiya öz xristian qardaşlarına yardım etməyə çalışır, Bu, 30 il qabaq da olub. Onda da Ermənistan Azərbaycana hücum etmişdi. Molskva onda da öz din qardaşlarına yardım etmişdi. Rusiya ordusunun 366-cı polku Xocalı şəhərinə hücum etmişdi. Sonra səssizcə bu hissəni Rusiyaya köçürdülər və təxris etdilər.

Bu günlərdə ən çox gözlənildən hadisə baş verdi. Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı oldu. Putin və Ərdoğan Qarabğağ hadisələrini müzakirə etdilər. Agentliklərin məlumatına görə, onlar atəşin adyandarılması barədə ümumi fikrə gəliblər. Bu, əlbəttə, çox yaxşıdır, amma İlham Əliyevin deyi kimi, Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları təre edəndən sonra bizdən ötrü bütün hərbi əməliyyatlar dayanacaq və toplar susacaq.

Mais Məmmədov

əməkdar jurnalist