Erməni xüsusi təyinatlıları cəbhədən imtina edib - ümid “qocalar”a qalıb

15 Oktyabr, 2020 11:18 | Siyasət | Baxış sayı: 196
Ermənistan ordusuna könülül qoşulanlar
Ermənistan ordusuna könülül qoşulanlar

Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb.

İstiPress erməni KİV-lərinə istinadən bildirir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib.

Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət Xidmətin rəhbəri, vəzifədə 4 ay işləmiş 29 yaşlı Argişti Kərəmyanı vəzifədən azad edib.

Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib.

Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır.