Düşmən Tərtərdə dəfn mərasiminə toplaşanları ağır artilleriya atəşinə tutdu: 3ölü, 3 yaralı

15 Oktyabr, 2020 13:58 | Siyasət | Baxış sayı: 50

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub. Hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.

IstiPress-in məlumatına görə, dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.

3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.