Azərbaycanda yoluxanların sayı 500-ü keçdi

15 Oktyabr, 2020 16:08 | Siyasət | Baxış sayı: 61
Koronavirus testi
Koronavirus testi

Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 530 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.