Trampdan Türkiyəyə yeni zərbə - nazirlər "qara siyahı"ya düşdü

15 Oktyabr, 2019 10:00 | Siyasət | Baxış sayı: 100
Donald Tramp köməkçisi ilə
Donald Tramp köməkçisi ilə

Amerika lideri köməkçisini Ankaraya göndərir

ABŞ prezidenti Donald Tramp Suriyada terrorçulara qarşı "Barış pınarı" əməliyyatına başlayan Türkiyəyə qarşı yeni sanksiyalar haqqında sənədi imzalayıb. Bu barədə dövlət katibi Maykl Pompeo məlumat verib. 
Sənəddə Suriyadakı əməliyyatları dayandırmaq üçün Türkiyəyə təzyiqləri artırmaq öz əksini tapıb.

Onun sözlrinə görə, prezident Türkiyəni əməliyyatları dayandırmağa vadar etmək üçün indi əmr imzaladı. Bu əmr Maliyyə Nazirliyi və Dövlət Departamentinə  hüqiqi şəxslərə, təşkilatlara, Türkiyə hakimiyyəti ilə bağlı olan adamlara, Suriyanaın şimal-şərqində mülkilər üçün və ya sülhün bərpası üçün təhlükə törədən şəxslərə qarşı sanksiyaların tədbiqi məsələsinə baxmağa, tədbiq etməyə imkan yaradır.

Məlumata görə, sanksiya siyahısına 3 türkiyəli nazir də salınıb. Bunlar DİN rəhbəri Süleyman Soylu, Müdafiə naziri Hulusi Akar, Enerji və təbii qaynaqlar naziri Fatih Dönmezdir. 

Sanksiya tədbiqi haqıqnda əmrə baxmayaraq Amerika lideri öz köməkçisi Mayk Pensi Türkiyəyə göndərmək qərarına gəlib. Ağ evdə jurnalistlərə açıqlama verən Pens ötən gün Trampla Ərdoğan arasında telefon danışığı olduğunu deyib. İki lider Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər. Bundan başqa Trampın ondan Türkiyəyə getməyi xahiş edib. Bunun üçün də o yaxın günlərdə Ankaraya səfər edəcək.