Ermənistanın böyük dostuna ermənilərdən sillə

15 Oktyabr, 2019 11:25 | Siyasət | Baxış sayı: 295
Konstantin Zatulin
Konstantin Zatulin

"Kremlin satılıq köpəyi"

Ermənistanın “böyük” dostu rusiyalı deputat Konstantin Zatulin ermənilərdən "yağlı" sillə alıb. Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “forumda” qanunsuz iştirak edib. Azərbaycan XİN artıq onun səfəri ilə bağlı rəsmi mövqeyini açıqlayıb. 

Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, bu onun Azərbaycana qarşı yönələn növbəti təxribatıdır. Zatulin ikitərəfli münasibətlərin uğurlu inkişafı fonunda səfər etməklə Rusiya Azərbaycan əlqələrinə zərər vurmağa çalışır. 

Əslində Ermənistanda əvəllər onu çox sevirdilər. Bir müddət öncə “Armenium Report” məqalə dərc edib. Burada qeyd edilir ki, Kremlin "satılık köpəyi olan şəxs Ermənstanın dostu ola bilməz". Söhbət məhz Zatulindən gedir. Ermənistanda əvvəlki rejim dağılıb, yeni rəhbərlik isə rus deputatı yedirməkdən imtina etdikləri üçün dərhal inciklik meydana çıxdı.  Zatulin “Komsomolskaya pravda”ya böyük müsahibə verdi. Burada o Ermənistan və yeni hakimiyyəti Rusiyanın inciməməsi üçün özünü necə aparmaq lazım olduğunu öyrətməyə çalışıb.  “O kimdir ki, bizi öyrətsin?”deyə ermənilər də Zatulinə qarşı çıxmağa başlayıblar. Nəticədə rus deputat öz dostlarından güclü bir sillə aldı. 

Təəssüf ki, bu rus deputat kimi erməni dostları yaxın zamana kimi elə də az deyildi. Kimisə erməni konyakı xoşuna gəlirdi, kimsə erməni hədiyyələrindən ötrü ürəyi gedirdi. Amma bu gün hədiyyə məsələsi ilə bağlı Ermənistanda vəziyyət o qədər də yaxşı deyil. Bunun üçün də İrəvanın “dostları “ əhəmiyyətli dərəcə azalıb. Ya da onların hamısı düşünür ki, birdən erməni nəşrləri sabah onları “satqın köpəklər” adlandıra bilər.