ABŞ və Türkiyə arasında kritik söhbət

15 Oktyabr, 2019 17:15 | Siyasət | Baxış sayı: 153
M.Çavuşoğlu və M.Pompeo
M.Çavuşoğlu və M.Pompeo

XİN başçısı ilə Dövlət katibinin telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla yayıb. Danışığın hansı mövzuda olması barədə açıqlama verilməyib.

Xatırladaq ki, həmkarlar arasında son söhbət oktyabrın 9-da olub. Məhz həmin gün Türkiyə cənub sərhəddində yaradılmağa çalışılan terror dəhlizinin məhv edilməsi, bölgəyə sülh və rifah gətirilməsi üçün "Barış pınarı" hərbi əməliyyatına başlayıb. Dünya ölkələrinin əksəriyyətinin qarşı çıxdığı əməliyyat nəticəsində 600-a yaxın terrorçu məhv edilib. 

ABŞ əməliyyatlara görə Türkiyəyə qarşı yeni sanksiyaların tədbiq ediləcəyini elan edib. Bir neçə Avropa ölkəsi isə Türkiyəyə silah satışını dayandırıb.