ABŞ-ın nüvə silahları Türkiyənin əlində

15 Oktyabr, 2019 15:53 | Siyasət | Baxış sayı: 148
İncirlik
İncirlik

"New York Times" Trampın bu silahlaçrı İncirlikdən çıxarmaq istədiyini yazıb

ABŞ Dövlət Departamenti və Enerji nazirliyinin rəsmiləri Türkiyədəki İncirlik hərbi bazasındakı nüvə silahlarını çıxartmaq planları üzərində çalışır. Bu iddianın müəllifi "New York Times" qəzetidir. Qəzetin iddiasına görə, söhbət  50 silahdan gedir.

Nəşrin amerikalı rəsmilərə istinadən yazdığı məlumatda qeyd edilir ki, bu silahların İncirlikdən götürülməsi Türkiyə ilə ABŞ arasında müttəfiqlik münasibətlərinin rəsmən bitməsi mənasına gələ bilər. 

David E. Sangerin yazısında rəsmilərdən biri nüvə silahları barədə danışarkən "onlar artıq Ərdoğanın girovlarıdır" deyib. Qəzet Türkiyə liderinin bir ay öncəki açıqlamasından da istifadə edib. Belə ki, Ərdoğan çıxışlarından birində "Kiminsə əlində nüvə başlıqları var, amma məndə olmasın. Mən bunu qəbul etmirəm" demişdi. 

Qəzetə açıqlama verən senator, Silahlı Xidmətlər Komitəsinin üzvü Jack Reed da prezidentin qəfil davranaışlarını tənqid edib. "Bu prezident ordumuzu, diplomatik liderləri, ortaqlarımızı ani hərəkətləri ilə qəfil "ovlayır". Bu isə Rusiyanaı və avtoritar rejimlərin işinə yarayır".