ABŞ-a görünməmiş hədə-qorxu

15 Oktyabr, 2018 10:22 | Siyasət | Baxış sayı: 309
Neft
Neft

Nefti 200 dollara qaldıra, İranla barışa, Rusiyaya hərbi baza üçün yer verə bilərlər

Səudiyyə Ərəbistanı ABŞ-ı neftlə hədələdi - qiymət 200 dolara qalxa bilər. Ərəbistan Vaşinqtonun Türkiyədə öldürüldüyü ehtimal edilən jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar tədbiq edilə biləcək sanksiyalara qarşı cavab tədbirləri hazırlayıb.

Konkret addımlar arasında neftin qiyməti, yuanla hesablaşma, hətta Tabuk şəhərində Rusiya hərbi bazası üçün yer ayırmaqla bağlı maddələr var. Bundan başqa Səudiyyə uzun müddətdir münasibətlərinin gərgin olduğu İranla da razılaşa bilər. Bu isə Asiyada güc balansının tamamilə dəyişməsinə səbəb olacaq. 

"Əgər neftinin qiymətinin 80 dollar olması belə Trampı bu qədər hiddətləndirirsə, qiymət 100, 200 dollara, hətta daha yüksəyə qalxsa nə deyəcək?". Bunu "Əl-Arabiya" telekanalının rəhbəri CNN-nin efirində deyib. 

Turki bin Abdulla Aldahilin sözlərinə görə, ABŞ sanksiyaları iqtisadi fəlakətə gətirib çıxara bilər. Bu isə bütün dünyanı silkələyəcək.

Xatırladaq ki, C.Qaşıqçı Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğuna girib və bir daha binadan çölə çıxa bilməyib. "The Washington Post"un tənqidçi yazarının qətlə yetirildiyi, cəsədinin isə parçalanaraq məhv edildiyini ehtimal edilir.