Mehriban Əliyeva: "Sizin yeməkləriniz həmişə ləzizdir" FOTOLAR

15 Sentyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 225
Mehriban Əliyeva İvanovkada
Mehriban Əliyeva İvanovkada

İsmayıllıya gedən birinci xanım ivanovkalılara söz verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün Şamaxıdan sonra İsmayaıllı da olub. Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış olub.

"Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur.

Yəni, bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır", deyə o ev sahibləri ilə söhbətində bildirib. 

Daha sonra Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər.

Birinci vitse-prezidenti M.Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Birinci xanım burada ictimaiyyətin nümayəndələri ilə də görüşüb. 

Dünən həmçinin İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub. Açılışda Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər. İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşılayıblar.

"İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm".

Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina onu salamalayıb və çörəyi dadmağı təklif edib. Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxıblar."Sizin yeməkləriniz həmişə ləzizdir", deyə o təəssüratını bölüşüb. 

Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış olub.

Xatırladaq ki, İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı, binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.

Olqa Jabina sevincini bu sözlərlə dilə gətirib: " Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun". Mehriban Əliyeva isə konsertlərini dinləməyə gələcəyini deyib.