Azərbaycanın qonşusundan ABŞ-a hədə

15 Sentyabr, 2019 11:22 | Siyasət | Baxış sayı: 111
İrana məxsus raketlər
İrana məxsus raketlər

"2 min kilometrdəki baza və gəmilər İran raketlərinin çata biləcəyi zonadadır"

"ABŞ-ın Yaxın Şərqdəki iki bazası və gəmisi İran hərbçilərinin hədəfindədir. Hər hansı hərbi müdaxilə nəticəsində onlara zərbə endiriləcək". Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi kosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib. 

"Tasnim" agentliyinin məlumatına görə, söhbət Al-Ueyd (Qətərdə),az-Zafra (BƏƏ) bazaları və Yəmən körfəzindəki gəmisindən gedir. "Amerika tərəfdən cavab olarsa, biz onlara zərbə endirəcəyik". 

Onun sözlərinə görə, 2 min kilometr radiusda yerləşən bütün Amerika baza və gəmiləri İran raketlərinin çata biləcəyi zonadadır. 

Hacızadə ABŞ-ın dövlət katibi Maykl Pompeonun Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında İranın dayanması barədə dediklərini də təkzib edib. 

Xatırladaq ki, Səudiyyənin iki neftayırma zavodunda pilotsuz  aaratlaçrın hücumu nəticəsində yanğın baş verib. Hadisə dövlətə məxsus "Saudi Aramco" müəssisəsində qeydə alınıb. Nəticədə 5,7 milyard barel neftin hasilatı dayandırılıb. Bu isə ölkədə gündəlik hasilatın yarıdan çoxudur.