Qarabağı ilhaqa çağıran erməni nazir adamlarını başına yığır

15 Avqust, 2019 16:44 | Siyasət | Baxış sayı: 651
Zohrab Mnasakanyan həmkarı Tonoyanla eyni yolu gedir
Zohrab Mnasakanyan həmkarı Tonoyanla eyni yolu gedir

Araik Kazaryanın Azərbaycan tərəfə təslim olması Mnasakanyanı karıxdırıb

Qarabağın Ermənistanın bir hissəsi olduğunu iddia edən Nikol Paşinyana  dəstək verən Ermənistan Xarici İşlər naziri Zohrab Mnasakanyan bütün vəzifələrə öz dost və qohumlarını təyin edir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanda dərc olunan “Qraparak” qəzeti yazıb.

“Nazirə sadiq biri deyilsinizsə, o zaman karyeranın yüksəlməsi məsələsində ciddi problemlərlə qarşılaşacaqsınız. Nazirin bütün müavinləri öz dostlarıdı. Səfirlər və idarə rəisləri ilə də eyni vəziyyətdir”, - deyə mənbə yazır.

Erməni KİV-ləri vəzifəyə təzə təyin olunan zaman peşəkar diplomat sayılan Mnasakanyanın populizmdə rəisi Paşinyandan heç nə ilə seçilmədiyini yazırlar. Onların fikrincə, Mnasakanyan İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı Nikol Paşinyanın Xankəndidə verdiyi «miatsum» bəyanatını dəstəkləməsi sırf Qarabağda erməni hərbçi Araik Kazaryanın Azərbaycan tərəfə keçməsi faktını unutdurmaq üçün gerçəkləşdirib.

Yəni Mnasakanyan düşünüb ki, yeni anormal bəyanat Kazaryan amilini unutdura bilər, yaxud Paşinyanın məhz bu cür düşünməsinə ümid edib. Hər halda, dostları başına yığıb dövlət pulları ilə kef etmək üçün peşə nüfuzunu zədələmək də olar - onun fikrincə.

Yəni hər şey «ArmenianReport»un yazdığı kimi cərəyan edir - Paşinyanın nazirləri xalqın ümidlərini puç etməkdə onun özünə bənzəməyə başlayıblar.