ABŞ prezidentinin qadın paltarında portreti tapıldı

15 Avqust, 2019 11:37 | Siyasət | Baxış sayı: 126
Klinton qadın geyimində
Klinton qadın geyimində

Portret intihar edən pedofil milyarderin evində olub

ABŞ prezidenti Bill Klintonun qadın geyimində çəkilən rəsmi yayılıb. Portret intihar edən pedofil milyarder Cefri Epşteynin evində tapılıb. 

Rəsmi 2012-ci ildə iş məqsədi ilə malikanəyə gələn qadın tapıb. Burada Klinton Oval kabinetdə, kresloda uzanan yerdə, mavi uzun qadın donda və qırmızı hündürdabanda təsvir edilib. Qadının sözlərinə görə, hələ illər öncə o portreti aralı qalan qapıdan görmüşdü. 

Məlumata görə, portreti rəssam Petrina Rayn-Kleyd çəkib. Epştaynın əsərin orjinalı və ya sürətinə sahib olduğu bilinmir. 

Xatırladaq ki, adıçəkilən pedofil milyarder iyulun 6-da Nyu-Yorkda həbs edilib. O, yetkinlik yaşına çatmayanlara qarşı seksual dələduzluq etmək, kriminal şəbbəkə yaratmaqda ittiham edilirdi.

Milyarder cinayətlərini 2002-2005-ci illərdə törədib. Onun qurbanlarının 14 yaşları olub. Epşteyn həm də şahidləri pulla almaqda günahlandırılıb. 

Onun meyiti avqustun 10-da saxlandığı həbsxana kamerasında tapılıb.