İrəvanda Göy məsciddə bomba həyəcanı

15 İyul, 2020 11:33 | Siyasət | Baxış sayı: 87
İrəvanda Göy Məscid
İrəvanda Göy Məscid

Ermənistanın paytaxtı İrəvanda Göy məsciddə partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə yerinə yanğından mühafizə qüvvələri və kinoloqlar cəlb olunub.

Qeyd edək ki, İrəvandakı Göy məscid tarixən azərbaycanlılara məxsus olub. O, 1766-cı ildə İrəvan xanı Hüseyn Əli Xan Qacarın əmri ilə tikilib.