General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub

15 İyul, 2020 10:17 | Siyasət | Baxış sayı: 110
General-mayor Polad Həşimovun dəfni
General-mayor Polad Həşimovun dəfni

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.

IstiPress-in məlumatına görə, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

General-mayor Polad Həşimovun dəfni
General-mayor Polad Həşimovun dəfni