Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilib

15 İyul, 2020 10:46 | Siyasət | Baxış sayı: 109

Bu gecə Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

İstiPress-in məlumatına görə, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub.